Cavid Paşayev koronavirusdan sağaldı: Bu gün evə buraxılacaq

Cavid Paşayev koronavirusdan sağaldı: Bu gün evə buraxılacaq
Uzun müddətdir Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan Azərbaycan Tibb Universitetinin həkim-reanimatoloqu Cavid Paşayev sağalaraq bu gün evə buraxılacaq.

An.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Yaqut Qarayeva bildirib ki, bu gün onun müalicəsi artıq bitib: "O bu gün evinə yola salınacaq. Bu, çox sevindirici xəbərdir. Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti