Böyük işlər birlikdən doğar!

Böyük işlər birlikdən doğar!
"Grandmart" supermarketlər şəbəkəsi olaraq Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən yardım aksiyasında iştirak etməkdən qürur duyuruq.

Bu gözəl təşəbbüs vasitəsi ilə 3 500 ailəyə 7 000 ərzaq qutusu hazırlanmışdır.

Həmçinin ABŞ-ın ölkəmizdəki rəsmi səfiri cənab Li Litzenberqer hazırlıq prosesində birbaşa olaraq iştirak etmiş və görülən işlərlə şəxsən tanış olmuşdur. Prosesləri yüksək səviyyədə qiymətləndirən cənab Litzenberqer Grandmart supermarketlər şəbəkəsi və Qızıl Aypara Cəmiyyətinin iş birliyinin nümunəvi və örnək addım olduğunu bildirmişdir.

Qeyd edək ki, bu tip iş birlikləri ehtiyacı olan ailələrə yardım etməklə yanaşı ölkəmizin beynəlxalq səviyyədə nüfuzuna dəyər qatmaqdadır. Grandmart şəbəkəsi olaraq bu dəyərin bir hissəsi olmaqdan qürur duyuruq.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti