Bu şəxslərin pensiyası 30 faiz artacaq

Bu şəxslərin pensiyası 30 faiz artacaq
Əmək pensiyalarına edilən dəyişikliklər martın 1-dən qüvvəyə minəcək

Ann.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında  "Əmək pensiyaları haqqında"  qanuna  dəyişikliklər müzakirə olunub.

Dəyişiklik barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədəri Hadı Rəcəbli deyib ki, dəyişikliklərə əsasən  əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur: 

"Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Onun sözlərinə görə, Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. "Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklə 233 min nəfərin pensiyasında hiss olunacaq dəyişikliyə gətirib çıxaracaq”.

 Komitə sədri bildirib ki, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: "Bütövlükdə isə böyük bir qrup pensiyaçıların pensiyası 38.5 faiz civarında artır. Bunun üçün bu il 41 milyon vəsait nəzərdə tutulub. Belə addımlar mütəmadi atılacaq”.

www.ann.az

Xəbər lenti