YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı (YENİLƏNİB)

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı (YENİLƏNİB)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb.

Ann.az "Report”a istinadən partiyanın yeni İdarə Heyətindən kənarda saxlanılan şəxslərin adlarını təqdim edir:

1. Hacıbala Abutalıbov - təqaüdçü
2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
4. Akif Əlizadə
5. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
6. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri
8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
10. Abel Məhərrəmov – akademik
11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Qeyd edək ki, əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.
 
13.25

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

Bu barədə "Report"a İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti