Bu şənbə və bazar günü ictimai nəqliyyat işləyəcək? (RƏSMİ)

Bu şənbə və bazar günü ictimai nəqliyyat işləyəcək? (RƏSMİ)
Bu həftə şənbə və bazar günləri ictimai nəqliyyat və metronun fəaliyyəti ilə bağlı qərar açıqlanıb.

Baku.ws bu məqsədlə "Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu göndərib.

Hər iki qurumdan açıqlanıb ki, iyulun 3-ü həm ictimai nəqliyyat, həm də metro fəaliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti