Bu ölkədə dövlət çevrilişi oldu: Prezidenti saxlanıldı (YENİLƏNİB)

Bu ölkədə dövlət çevrilişi oldu: Prezidenti saxlanıldı (YENİLƏNİB)
Afrikada yerləşən Burkino-Fasoda dövlət çevrilişi olub.

Ann.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hərbçilər Prezident Rok Mark Kristian Kaboreni devirdiklərini elan ediblər.

Onlar keçid hökuməti yaradacaqlarını bildiriblər. Hərbi rəhbərlik Burkina-Fasonun beynəlxalq öhdəliklərinə sadiq qalacaqlarını açıqlayıblar.

Qedy edək ki, yanvarın 24-də Burkina-Fasoda hərbi çevriliş olub. Onlar ölkə Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıblar.

11.53
 
Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kabore həbs olunub.

Ann.az  "Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısı üsyançılar tərəfindən saxlanılıb və hərbi düşərgəyə aparılıb.

Qeyd edək ki, ötən gün Burkina-Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atəş səsləri eşidilib. Mərkəzi hakimiyyətə itaətsizlik edən hərbçilər 65 yaşlı dövlət başçısının istefasını tələb edib. Bundan sonra bütün ölkədə komendant saatı elan edilib. Üsyançılara gənc zabitlər rəhbərlik edir. 

Qeyd edək ki, Rok Mark Kristian Kabore 2015-ci ildən bəri Qərbi Afrika dövlətinə başçılıq edir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti