Bu ölkədə həbsxanalar ləğv edildi

Bu ölkədə həbsxanalar ləğv edildi

İsveçdə 5 həbsxana ləğv edilib.

Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveçdə cinayət törədənlərin sayının azalması ilə əlaqədar 5 həbsxananın bağlanması barədə qərar qəbul edilib.

İsveçdə həbsxanalar üzrə məsul müdir Nils Oberq deyib ki, ölkədə cianyətkarlığa qarşı mübarizə öz nəticəsini verib və son iki ildə cinayət törədənlərin sayında azalma müşahidə olunub:

“Əvvəllər həbsxanalardan çıxan və ətrafa uyğunlaşan məhbusların 30%-i 3 il ərzində yenidən cinayət törədirdisə son iki ildə bu rəqəm aşağı düşüb. Bundan başqa təhlükəsizlik qüvvələrinin prokurorlara daha az cinayət hadisəsi və şübhəli təqdim etdiyi müşahidə olunub. Buna bağlı olaraq prokurorların apardıqları istintaq işləri azaldığından həbsxanaya düşənlərin də sayı aşağı düşüb”.

Ölkədə cinayətkarların sayının azalması ilə əlaqdar olaraq İsveç Həbsxanalar Müdirliyi jurnalistləri Stokholmdan bir saat uzaqlıqda yerləşən Norrtalje həbsxanasını gəzdirib. Həbsxananın müdiri Anders Ekström bildirib ki, məhbuslar burada müxtəlif işlərdə çalışır ki, bunun əvəzində saat başına 8-11 İsveç kronu (1-1.5 Avro) pul alırlar:

“Hər məhbusa kart verilir ki, onların bu kartın köməyilə həbsxananın daxilindəki marketdən alış-veriş edə bilər. Məhbusların emalatxanalarda hazırladıqları əl işləri müxtəlif firmalara satılır. Bundan başqa onların otaqlarında televizorlar var ki, orada xarici telekanalları da izləmək imkanı var. İş saatlarından əlavə məhbsular üçün gəzinti, idman kimi işlər üçün də ərazilər ayrılıb”.

Həbsxana müdiri vurğulayıb ki, 200 nəfərlik bu həbsxanada 160 məhbus var ki, onların 60%-i miqrantlardır.

Qeyd edək ki, hazırda İsveçdə 47 həbsxana var ki, bu həbsxanalarda hələ də 4 min 554 məhbus var. 4 min 528 nəfər isə evlərində elektron qandalla cəza müddətlərinin bitməsini gözləyir.

ANN.Az

Xəbər lenti