Bu it 2 ildir ölən sahibinin gəlməsini gözləyir - FOTOLAR

Bu it 2 ildir ölən sahibinin gəlməsini gözləyir - FOTOLAR
İki il əvvəl Sibirin cənub-qərbindəki Novosibirskdə xəstələnən bir kişi xəstəxanaya aparılıb və o gündən etibarən onun sadiq iti Maşa sahibini gözləməyə başlayır.
 
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, qısa müddət sonra sahibi xəstəxanada ölsə də, Maşa gözləməyi davam etdirib. Xəstəxana personalı, xəstənin tək ziyarətçisi olan Maşanın isti yatmaq yeri və yeməyi olmasına həmişə diqqət göstərib. İt gecələr qapının qarşısında keşik çəkir və oğrulara qarşı evi qorumaq üçün yaşadıqları evə gedir, ertəsi səhər təkrarən xəstəxanaya gəlir.
 
Həkim Vladimir Bespalov mövzuyla əlaqədar belə danışır: "Gözlərinə baxanda nə qədər bədbəxt olduğunu görə bilərsiniz. Bir it xoşbəxt olduğu an gördüyünüz gözlər deyil bunlar. Bu vəziyyəti insanlarda olduğu kimi heyvanlarda da anlaya bilərsiniz".Qeyd edək ki, it başqa bir ailəyə verilsə də, evdən qaçıb xəstəxanaya əsl sahibini gözləməyə gəlib.
 
ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti