Bu il Ermənistanda devalvasiya olacaq, qiymətlər bahalaşacaq

Bu il Ermənistanda devalvasiya olacaq, qiymətlər bahalaşacaq
Bu ilin sonunadək Ermənistanın milli valyutası dram dollara nisbətdə ucuzlaşaraq 1 dollar - 500 dram psixoloji həddi aşa bilər.

"Report” "Jamanak”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti ilə Mərkəzi Bank arasında razılıq əldə edilib.

Mütəxəssislər cari ildə Ermənistanda milli valyutanın devalvasiyaya uğrayacağını bildiriblər.

Vurğulanıb ki, bu proqram ixracatın tənzimlənməsi proqramı çərçivəsində həyata keçirilir. Məlumata görə, belə bir şərait qiymətlərin bahalaşmasına, əhalinin real gəlirinin azalmasına səbəb olacaq. Ancaq inflyasiyadan hökumət büdcəyə daxilolmaları artırmaqla yararlana bilər.

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, bu il büdcəyə daxilomalar 40 milyard dram (82 milyon 311 min 166 dollar) arta bilər. Artımı isə qiymətlərin qalxması nəticəsində təmin etmək olar.

Qeyd edək ki, hazırda 1 dollar 486,47 dramdır.


www.ann.az

Xəbər lenti