Bu idmançının ayaqqabıları 412 min dollara satıldı - FOTO

Bu idmançının ayaqqabıları 412 min dollara satıldı - FOTO
Bir mili (1 mil - 1.609344 kilometrə bərabərdir - red.) 4 dəqiqədən də az müddətə qət edən atlet Roger Bannisterin 1954-cü ildə geyindiyi ayaqqabılar düz 412 min 62 dollara satılıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qara kenquru dərisindən hazırlanan ayaqqabılarının hə rbirinin altında 6 ədəd mismar da var.

Hazırda 86 yaşı olan Bannister ayaqqabılarını xeyirxahlıq məqsədilə satışa çıxarıb. Satış öncəsi ayaqqabıdan 40-50 min dollar gəlir gələcəyi gözlənilirdi, lakin Londonda adının açıqlanmasını istəməyən alıcı ayaqqabıya 400 mindən çox dollar ödəməyə razı olub.

Keçmiş ingilis atlet satışı bu cür dəyərləndirib: "Bu mənim bir mili 4 dəqiqədən də az qaçdığım günlərdən qalma tək dəlilim idi". O, bu ayaqqabıları 6 maay 1954-cü ildə Oxforddakı "Iffley Road"da geyinib. Bir mili 3 dəqiqə 59.4 saniyəyə qət etmişdi. Həmin vaxtlar mütəxəssislər insan oğlunun belə bir nəticə göstərməsini mümkünsüz hesab edirdilər.

Amma Bannister bu nəticəni özünün texnikası və uzun sürən məşqləri sayəsində əldə etmişdi. Bundan sonra Bannister "Sir" ləqəbini alıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti