Bu gün Mirzə Babayevin 100 illik yubiley gecəsi keçiriləcək

Bu gün Mirzə Babayevin 100 illik yubiley gecəsi keçiriləcək

Bu gün Heydər Əliyev Sarayında görkəmli müğənni, xalq artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçiriləcək. 

ANN.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, gecədə bir çox tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının iştirakı gözlənilir. 

Qeyd edək ki, Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini M.Əzizbəyov adına Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində alan Mirzə Babayev Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. 

Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

Azərbaycan Dövlət Konservatoriyasını bitirən Mirzə Babayev 30-dən artıq filmdə rol almış, uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan Respublikasının Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülmüş, iki dəfə "Humay" mükafatı laureatı olub.

Xalq artisti 2003-ci il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.

ANN.Az

Xəbər lenti