Bütün poliklinikalar bayram günlərində işləyəcək

Bütün poliklinikalar bayram günlərində işləyəcək

Bütün poliklinikalar bayram günlərində işləyəcək
 Bakının bütün poliklinikaları bayram və istirahət günlərində də əhaliyə xidmət göstərəcək. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında bildirib ki, bu günlərdə bütün poliklinikaların işçiləri növbətçilik əsasında fəaliyyətlərini davam etdirəcəklər. Onun sözlərinə görə, tibb müəssisələrində dekabrın 31-i, yanvarın 1-i, 2-si və 3-ü bayram günləri, yanvarın 4-ü, 5-i, 6-sı isə adi iş günləri hesab olunur: “Bəzən belə fikirlər səsləndirilir ki, bayram günlərində poliklinikalar işləmədiyi üçün təcili yardıma müraciət edənlərin sayı daha çox olur. Lakin onların istirahət günlərində də fəaliyyət göstərməsi barədə məlumat vermədiyimizdən bundan heç kimin xəbəri olmayıb. İndi bir daha bildiririk ki, bayram və istirahət günlərində poliklinikalar fəaliyyət göstərəcək, insanlara lazımi xidmət göstəriləcək və onların bütün suallarına cavab veriləcək. Kiməsə, arayış, hansısa bir sənəd lazım olarsa, onları əldə edə bilər. Bundan əlavə, kimsə bir problemlə poliklinikalara yaxınlaşsa, onlara hər bir kömək ediləcək”.ANN.Az

Xəbər lenti