BŞİH: “Zəfər” muzeyinin 8 noyabr prospektində yaradılması məqsədəuyğundur

BŞİH: “Zəfər” muzeyinin 8 noyabr prospektində yaradılması məqsədəuyğundur
Paytaxtın Xətai rayonunda yerləşən "Nobel” prospektinin və "Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək "8 Noyabr” prospekti adlandırılıb.

Bakı şəhər İcra Hakimiyyətindən Ann.az-a bildirilib ki, "Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə "Zəfər” muzeyinin yaradılmasının məqsədəuyğun olacaq.

Qeyd edilib ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti