Boksçumuz erməni rəqibini məğlub etdi

Boksçumuz erməni rəqibini məğlub etdi
Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində günorta proqramının döyüşləri başa çatıb. Azərbaycan milli komandasının 2 üzvü görüşlərini qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıblar.
46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı  qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.
Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz ¼ finalda macarıstanlı Mate Çazçarı üstələyib – 3:0. Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.
Axşam proqramında isə daha 2 boksçumuz rinqə çıxacaq.
ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti