Boksçularımız Avropa Çempionatının ¼ finalında

Boksçularımız Avropa Çempionatının ¼ finalında

Rusiyanın Anapa şəhərində Azərbaycan boksçularının da iştirak etdiyi gənclər arasında boks üzrə Avropa Çempionatının ¼ finalçıları məlum olub.Dünən, yarışın üçüncü günü rinqə dörd boksçu çıxıb.Hüseyn Taverdili (70 kq) və Şürkan Mehtiyev (80 kq-dan yuxarı) qələbə qazanıb, Şamil İbrahimzadə (60 kq) və Turan Həsənli (66 kq) məğlub olub və medallar uğrunda mübarizəni dayandırıb.Bu gün ¼ final qarşılaşmalarının bir hissəsi keçiriləcək. Rüfət Hüseynov (46 kq), Ümid Rüstəmov (50 kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) rinqə çıxacaqlar. Sabah bu mərhələdə Tayfur Əliyev (52 kq), Hüseyn Taverdili (70 kq) və Şürkan Mehtiyev (80 kq-dan yuxarı) mübarizə aparacaqlar.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti