BNA əməkdaşları işıq sönən zaman sürücülərə kömək etdi (VİDEO)

BNA əməkdaşları işıq sönən zaman sürücülərə kömək etdi (VİDEO)
Bu gün Bakının bəzi nöqtələrində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bəzi yollarda svetaforların fəaliyyəti dayanıb. 

Ann.az xəbər verir ki, svetaforların işi dayanan zaman Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları Qara Qarayev prospektində sürücülərə yolayrıcını keçməkdə köməklik göstərib.

Qeyd edək ki, bu gün Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. Fasiləyə səbəb isə "Azərenerji" ASC-dən qidalanan 110 kVt-luq yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması olub.
 

Xəbər lenti