BMTM Strasburqdakı türk təşkilatı ilə əməkdaşlığa başlayır (FOTOLAR)

BMTM Strasburqdakı türk təşkilatı ilə əməkdaşlığa başlayır (FOTOLAR)
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ann.az xəbər verir ki, görüş zamanı Fərid Şəfiyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb.

O, bildirib ki, yeni yaranmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas fəaliyyət istiqaməti Azərbaycan, region və dünyada baş verən proseslərlə bağlı arayışlar hazırlamaq, ayrı-ayrı təşkilat və qurumlara təqdim etməkdən ibarətdir. Onun sözlərinə görə, mərkəz bu istiqamətdə yerli və beynəlxalq düşüncə mərkəzləri ilə əməkdaşlıq edir.

Fərid Şəfiyev qeyd edib ki, mərkəzin əsas işi xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar və hesabatlar hazırlamaq, o cümlədən Ermənistanın daxilində baş verən prosesləri və ümumilikdə bu ölkəni dərindən öyrənməkdir.

Sonra çıxış edən Əli Gedikoğlu rəhbərlik etdiyi təşkilatın Fransanın Strasburq şəhərində türklər tərəfindən yaradılmış və Avropanın 15 ölkəsində filialı fəaliyyət göstərən beynəlxaq QHT olduğunu deyib. O, təşkilatın işinin əsas məqsədinin Türkiyə və müsəlman ölkələrə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə, o cümlədən qərb təşkilatlarına çatdırmaqdan ibarət olduğunu əlavə edib. Bu istiqamətdə COJEP nümayəndə heyəti Gürcüstan və Azərbaycana səfər edərək yerli təşkilatlara, beyin mərkəzlərinə əməkdaşlıq təklif edir. O, beynəlxalq təşkilatlara əməkdaşlıqda birgə işin vacib olduğunu diqqətə çatdırıb.

Tərəflər daha sonra əməkdaşlıq perpektivlərini müzakirə ediblər və konkret layihələrlə bağlı təmasları davam etdirməyə dair razılığa gəliblər.
 






www.ann.az

Xəbər lenti