BMT baş katibindən İsrailə XƏBƏRDARLIQ

BMT baş katibindən İsrailə XƏBƏRDARLIQ
BMT-nin mərkəz ofisində İsrail xarici işlər naziri Avidqor Liebermanla görüşən BMT Baş katibi Ban Ki-Mun, İsrail qarşısında konkret tələblər qoyub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş katib bildirib ki, görüşdə iki dövlət üçün ən yaxşı yol tərəflər arasında müzakirələrin davam etdirilməsidir. Baş katib bu müzakirələrə böyük dəstək verdiyini söyləyib və Libermandan Qəzzadakı vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atmalarını istəyib. O, bildirib ki, Fələstinlə müzakirələrin birmənalı şəkildə davam etməsi üçün İsrail vəziyyəti yaxşılaşdırmağa çalışmalıdır.Görüş zamanı tərəflər bölgədəki son vəziyyəti də müzakirə ediblər.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti