“Biz heç bir erməniyə daş atan tərəf olmamışıq" - politoloq

“Biz heç bir erməniyə daş atan tərəf olmamışıq
"Rusiya Ermənistanın növbəti müsahibəsini diqqətdə saxlayacaq. Çünki Rusiya dövlət başçısının Paşinyan ilə olan münasibətində geriləmə müşahidə olunur"

Bunu "MediaPost”a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın növbəti müsahibəsinə münasibət bildirərkən politoloq Ramiyə Məmmədova deyib. 

O bildirib ki, Paşinyanın RBK TV-yə verdiyi müsahibəyə Rusiya tərəfi açıq şəkildə münasibət bildirməlidir. Səfirlik çağırılmalı və dərhal nota verilməlidir:

"İyulun 12-dən təxribat insanlarda olan vətənpərvərlik hissini yüksək səviyyədə göstərdi. İnsanlar 30 illik Qarabağın işğalına etiraz olaraq küçələrə axışaraq Azərbaycan Ordusuna və Ali Baş Komandana dəstək mitinqləri keçirtdilər. Azərbaycan beynəlxalq hüquq səviyyəsində hərəkət eləsə də bunun nəticəsiz qalmasına görə səsini dünyaya yaydı. Dünyadakı lobbi və diaspor fəaliyyəti ilə məşğul olan insanlar artıq Azərbaycan bayrağını qaldıraraq işğal olunmuş ərazilərinin qaytarılmasını tələb etdilər. Lakin bunların hər biri dinc mitinqdir. Təəssüf ki, biz yenə də dinc mitinqlərdə erməni vandalizminin şahidi olduq. Ermənilər azərbaycanlıları təhqir edirlər, döyürlər, hətta Ukraynada iki tələbəmizi güllələyiblər. Bu, ermənilərin dəyişməyən vəhşi xislətindən xəbər verir. Xocalı soyqırımını törədən, minlərlə insanları didərgin salan Ermənistanın işğalçı olduğunu beynəlxalq qurumlar bilir".

R. Məmmədova bildirib ki, Rusiyada yaşayan soydaşlarımıza qarşı da eyni vandalizm, vəhşilik göstərilir: "Azərbaycan diaspor rəhbərlərinin ermənilərin ticarət məhsullarına qoyduqları qadağa onların böyük iqtisadi itkilər verməsi ilə nəticələndi. Ona görə də bugünkü hadisələr Ermənistanın necə millət olmasını təsdiq edir. Ermənistan baş naziri Nikol Paşinyan TV-ə verdiyi müsahibəsində Azərbaycana dəstək verən İsrail və digər dövlətlərin duyğuları ilə oynayıb. Çünki bu gün İsrail və digər dövlətlər Azərbaycana böyük dəstək verirlər. Ona görə də Paşinyan Rusiyaya emosional təsir edərək ondan yardım gözləyir. Paşinyan Rusiyaya mesaj vermək istəyir ki, güya orada Azərbaycan at oynadıb istədiyini edir və siz buna necə icazə verirsiniz? Baş nazir Rusiyaya bu formada təsir edərək azərbaycanlıları sıxışdırmaq istəyir. Ancaq Paşinyan unudub ki, bütün münaqişələrin başlanğıcı məhz ermənilər tərəfindən başlanıb. Biz heç bir erməniyə daş atan tərəf olmamışıq. Ona cavab olaraq azərbaycanlıların da reaksiyası təbiidir".

Politoloqun fikrincə, Paşinyanın verdiyi müsahibəyə Rusiya tərəfi münasibət bildirəcək: "Rusiya bu vəziyyətə açıq şəkildə münasibət bildirməlidir. Səfirlik çağırılmalı və nota verilməlidir. Düşünürəm ki, Rusiya bu məsələni diqqətdə saxlayacaq. Çünki Rusiya dövlət başçısının Paşinyan ilə olan münasibətində geriləmə müşahidə olunur. Ona görə də Rusiya tərəfi Paşinyanın "ağzından vurmasa" Paşinyan gələcəkdə yeni bəyanatlarla da çıxış edə bilər".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan RBK-TV-yə müsahibəsində iddia edib ki, rəsmi Bakı Rusiyada vəziyyəti destabilizasiya edib, Rusiya Federasiyasını millətlərarası münaqişə teatrına çevirmək istəyir. O, Rusiyada ermənilərin azərbaycanlılara hücumunda Azərbaycan hakimiyyətini günahlandırıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti