"Bir qrup təxribatçı qüvvələrin erməni diasporalarına açıq dəstək verməsi, onların əsl məqsədlərini üzə çıxartdı"

"Bir qrup təxribatçı qüvvələrin erməni diasporalarına açıq dəstək verməsi, onların əsl məqsədlərini üzə çıxartdı"-DEPUTATHər dəfə ya uğurlarımız, ya da itkilərimiz olandan sonra saxta müxalifətçilər, ştamplı ziyalılar ortaya düşüb hansısa qüvvələr vasitəsilə pul müqabilində ordumuza ləkə atmağa başlayır. Bu insanlar bilərəkdən ya da bilməyərəkdən erməniyə xidmət edirlər. Bu saxta, ştamplı, dırnaqarası ziyalılar bir dəfə də olsun dövlətin hər hansı bir qurumuna işlərini daha yaxşı görmək üçün təkliflər göndərməyib. İşləri-gücləri ancaq safariş əsasında yersiz tənqidlər səsləndirərək sadə vətəndaşları çaşdırmaqdır.

Ordu ile bağlı deyilən hər söz çox ehtiyatla səsləndirilməlidir. Deyilən hər bir mənfi söz və dezinformasiya birinci növbədə erməni mətbuatının işinə yarayır. Bu ştamplı saxta ziyalılar erməni mətbuatının ulduzlarına çevriliblər. Budurmu vətənpərvərlik?

Bu barədə deputat Aydın Mirzəzadə Sonxeber.az-a açıqlama verib.

Deputat, "siyasətin və siyasətçilərin yeganə məqsədi öz ölkələrinin müstəqiliyinin möhkəmləndirilməsi, əhalinin daha yaxşı yaşaması və problemlərin həll edilməsi olduğunu vurğulayıb":

"İstənilən ölkədə siyasətin və siyasətçilərin yeganə məqsədi öz ölkələrinin müstəqiliyinin möhkəmləndirilməsi, əhalinin daha yaxşı yaşaması və problemlərin həll edilməsidir. Bu baxımdan Azərbaycanı misal götürsək, hakimiyyət tərəfindən çox böyük işlər görülüb. Ölkənin müstəqiliyi möhkəmlənir,beynəlxalq aləmdə yüksək nüfuzu var. Azərbaycana dost olan ölkələrin sayı durmadan artır, iqtisadi problemlər həl edilir, əhalinin sosial vəziyyəti yaxşılaşdırılması üçün böyük işlər görülür. Regionlarda sosial iqtisadi inkişaf yüksəlir, iş yerlərin sayı artır, əmək haqqları, pensialar və təqaüdlər artırılır. Bütün bunların hamısı xalqımızın gözü qarşısında baş verir. Hər birimiz bunların şahidiyik".

Aydın Mirzəzadə, "bir qup insanların tənqid etməkdə məqsədləri nə müxalifətçiliyə, nə də vətənpərvərliyə heç bir aidiyyatı yoxdur deyə qeyd edib":

"Əlbəttə problemlər və çətinliklər də olur. Bunu heç kim gizlətmədiyi kimi daim bunun barəsində danışılır, aradan qaldırılması üçün tədbirlər görülür. Cəmiyyətimizdə bir qrup insan var ki, onlar görülən müsbət istiqamətdə olan çoxlu işləri görməyərək hər hansı bir problemi həddindən artıq qabardaraq hakimiyyəti tənqid edirlər. Ancaq tənqid edərkən problemin həll edilməsi üzrə ortaya hər hansı bir təklif qoymurlar. Bunu bilmək lazımdır ki, tənqidin əsas məqsədi hansısa bir problemin həllinə cəmiyyətin və dövlətin diqqətinə yönəltməkdir. Tənqid edərək görülən işləri görməzdən gəlmək vətənpərvərlikdən uzaq olan radikalıqdır. Bəzi hallarda isə bu radikallıq xaricdəki anti Azərbaycan mərkəzlərinin fəaliyyəti ilə üst-üstə düşür. Bu baxımdan onların fəaliyyətində və tənqid etməkdə məqsədləri nə müxalifətçiliyə, nə də vətənpərvərliyə heç bir aidiyyatı yoxdur. Məsələn mart ayından koronavirusa qarşı mübarizənin başlanması artıq öz nəticəsini verib. Bu virusa qarşı hər bir ölkə tək başına mübarizə aparır. Burada Azərbaycanın fəaliyyəti insanları çətinliyə salmadan, problemin həl olunmasına yönəlib. Ancaq bəzi təxribatçı qüvvələr bunu görmək istəmir. Porblemin həll olunması ilə bağlı təklifləri olmadığı kimi, anti Azərbaycan mövqeyi tuturlar".

Deputat əlavə olaraq bildirib ki, "Azərbaycan xalqı həmişə problemləri həll edən, müstəqiliyi qoruyub saxlıyan hakimiyyətə həmişə dəstək verəcəkdir":

"Son dövrlərdə bir qrup təxribatçı insanların orduya dəstək kompaniyasından sui istifadə edərək, parlament binasına qeyri- qanuni daxil olması və yaxud xaricdə fəaliyyət göstərən bir qrup təxribatçı qüvvələrin erməni diasporlarına açıq dəstək verməsi, onların əsl məqsədlərinin nə olduğunu üzə çıxardıb.
Xalqımız bu gün onların probleminin kimin həll etdiyini və hansı siyasətin onların maraqlarına cavab verdiyini yaxşı bilir. Bu Azərbaycan xalqının gücünün və qüdrətinin göstəricisidir".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti