Bir ifaçıdan digər bir ifaçıya şifahi formada ötürülən muğam bir əsrlik yol keçib və bütün dünyada çox orijinal musiqi janrı kimi tanınmaqdadır. Muğam məktəbini araşdırmış alimlər belə qənaətə gəliblər ki, yaradıcılığın bu növü orta əsrlərdən bu günümüzə qədər iqtisadi və siyasi nöqteyi-nəzərdən inkişaf etmiş və həmçinin mədəni atmosferə malik ölkənin şəhərlərində yaranmışdır.Məşhur ədəbiyyatçı, astronom, riyaziyyatçı, rəssam və alim-musiqişünas Mir Mövsüm Nəvvabın «Vüzuhül-ərqam» elmi-nəzəri əsərində qeyd edildiyi kimi, hələ 19-cu əsrdə Şuşada muğam ifaçılarının yığıncağının yaradılması artıq o zamanlarda Qarabağ məktəbinin yetişdirməsi olan müğənnilərin dərin elmi biliklərindən və şəhərin yüksək mədəniyyətindən xəbər verir. Həqiqətən də 19-cu əsrin sonunda Şuşada həyat qaynayırdı. Bura bütün Qafqazdan insanlar yığışırdı, Rusiyadan, şərqdən, Avropadan, şairlər, artistlər, musiqiçilər, həmçinin xaricdə təhsil alan Azərbaycan tələbələri. İnsanları Qarabağa cəlb edən buranın gözəlliyi, bu diyarın qeyri-adi təbiəti, havası, meşələri, təqlidedilməz mənzərələri, şəhərin özünün atmosferi, yerli sakinlərin həyat tərzi, onları əhatə edən vəziyyət idi. Bir sözlə, bütün mənalarda məşhur və əlverişli torpaq.Keçən əsrlərdən indiyə kimi mahir müğənnilər, klassik muğamı təkmilləşdirərək və cilalayaraq, onun əsasında yeni-yeni mahnılar yazırdılar. Bu gün bu mahnıların əksəriyyətinin müəllifləri naməlumdur. Və buna görə də onları xalq mahnıları kimi təqdim edirlər, ancaq bu mahnıların da öz yaranma tarixçəsi və müəllifləri var.Haqqında söhbət açdığımız mahnı öz başlanğıcını ötən əsrin 30-cu illərindən götürür. Səksən illlik tarixi olan bu musiqi əsəri şən ritminə və optimistliyinə baxmayaraq, bizdə kədər və təəssüf hissləri doğurur. Bu cür ziddiyyətli mövqeni azərbaycan musiqi janrı ilə müqayisədə başqa musiqilərdə çətin ki tapmaq mümkün olsun. Bu mahnını Qarabağın simvolik himni də adlandırmaq mümkündür. Beləlikə, xalq mahnısı kimi tanınan, amma əslində Qarabağ məktəbinin ən parlaq nümayəndələrindən biri olan Xan Şuşinskinin müəllifi olduğu «Şuşanın dağları» mahnısı bizim bu günki tarixçəmizin mövzusudur.Təxəllüsü Xan Şuşinski olan İsfəndiyar Aslan oğlu Cavanşirov 1901-ci ildə Şuşa yaxınlığında, Ballıca kəndində bəy ailəsində doğulmuşdur. Bəzi elmi mənbələrdə Aslan bəyi böyük Qarabağ xanının nümayəndəsi adlandırırlar. Uşalıq illəri bu gözəl diyarda keçmiş İsfəndiyar erkən illərindən musiqini çox sevirdi. Aslan Abdullayevdən mahnı oxumağın qaydalarına yiyələnib, 15-16 yaşlarında öz səsi və ifası ilə bütün Qarabağda məşhurlaşdı. Deyilənə görə, Qarabağda keçirilən bir məclisdə İsfəndiyar təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xan Şuşinski bütün Qafqazda məşhurlaşır. Hər kəs onu öz məclisində görmək istəyirdi. Qarabağ diyarı Xan Şuşinskini gözəl musiqilər yazmağa ruhlandırırdı.Əgər müğənninin şəxsi keyfiyyətlərindən danışsaq, onu gözəl zövqə malik nəhəng musiqiçi kimi tanıyırdılar. Xan Şuşinski öz səsini heç bir əziyyətə salmadan ən yüksək notları götürürdü, ən çətin muğam bölmələrini zərgər dəqiqliyi ilə ifa edirdi və "metallik" səsiylə nəinki dinləyiciləri, həm də peşəkar müğənniləri də təəccübləndirirdi.«Şuşanın dağları» mahnısından başqa, xalq mahnısı kimi tanınan «Qəmərim», «Keçən il gördüm səni», «Dilbərim», «Dağların başı», «Ay qara qız» musiqi əsərlərinin də müəllifi Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısı o qədər sevildi ki, keçən əsrin ortalarından etibarən müğənnilər bu mahnıya müraciət etməyə başladılar. O vaxtların müasirləri Əbülfət Əliyevin və Yaqub Məmmədovun ifalarını xüsusi olaraq qeyd edirlər. Əgər xronologiyaya müraciət etsək, Xan Şuşinskinin ifasından sonra bu mahnını milli opera müğənnisi Əli Mehdiyev oxudu, bu ifa isə 1967-ci ildə lentə yazılmışdı. Qeyd etməyə dəyər ki, Xan Şuşinskidən sonra bu mahnını başqa müğənnilərin də ifa etməsinə baxmayaraq, "Şuşanın dağları" mahnısı dəyişikliyə məruz qalmadı və bununla da müəllifin əməyi olduğu kimi qorundu və ilkin vəziyyətdə saxlanıldı. Əli Mehdiyevdən sonra qızıl fondda Xan Şuşinskinin dostu, peşəkar müğənni Vəli Məmmədovun da ifasını qeyd etməyə dəyər. Vəli Məmmədov Seyid Şuşinskinin tələbəsi olub. Bu ifa da məşhurlaşdı və 70-ci illərdə yaddaşlara həkk olundu.Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan tarixində kədərli günlər başladı və «Şuşanın dağları» daha çox ifaçını özünə cəlb etdi. Hər bir ifaçı bu mahnının köməyi ilə gözəl diyar haqqında xatirələrini canlandırmaq istəyirdi. 1988-ci ildə qızıl fonda daxil olmuş ifa Qarabağ sakini Sədi Məmmədova məxsusdur. Bu ifaçı «Şuşanın dağları» mahnısına professionallıqla və sevgiylə yanaşdı və bu da mahnıya digər versiyalarla birlikdə yaşam haqqı qazandırdı.90-cı illərin birinci yarısında bu mahnı ilk dəfə qadın tərəfindən oxundu. Bu, məşhur və gözəl müğənni Bəsdi Sevdiyevanın ifası idi. Bu mahnı ilk dəfə muğam triosunun müşayiəti ilə də ifa olundu.Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov və bir çox başqa müğənnilər "Şuşanın dağları" mahnısını tez-tez ifa edirdilər. 2002-ci ildə Yaqub Məmmədovun tar və kamanın müşayiəti ilə ifası lentə yazılmışdı. Və bu lent yazısı ifaçının son lent yazılarından biri oldu.Ötən əsrin birinci yarısında yaranmış "Şuşanın dağları" mahnısı 21-ci əsrin dinləyiciləri tərəfindən də sevildi. Bu mahnı əsasən milli alətlərin müşayiəti ilə ifa edilirdi, ancaq müasir aranjimanda estrada janrında ifa olunmaqla da şöhrət qazandı. Bu istiqamətdə Vaqif Gərayzadənin xidmətləri danılmazdır. Onun aranjimanı "Şuşanın dağları" mahnısına yeni həyat verdi. Bu aranjimanı bizə müğənni Zülfiyə Xanbabayeva təqdim etdi. Bu ifa müasir cəmiyyətdə sevildi və bu mahnının auditoriyasını sözsüz artırdı.Mahnının daha bir keyfiyyətli ifası müğənni İlahə Fədaya məxsusdur.Azərbaycan folklorunda ikinci belə musiqi tapmaq çətin məsələdir ki, həmin əsərdə Şuma dumanı xatırlansın, yaşıl ətirli otlardan danışılsın, Şuşa gözəllərinin gülərüzlülüyü vəsf edilsin. Bu mahnı lap əvvəldən həm melodiyasına, həm ritminə, həm həmahəngliyinə, həm də ruhuna görə Qarabağı əks etdirir. Və bu, o deməkdir ki, bu mahnını yazmış müdrik insanlar gələcək nəsilə öz xatirələrini və təəssüratlarını çatdıra bildilər. Ancaq bu gün "Şuşanın dağları" mahnısı Şuşasız səslənir. Hazırladı Aliyə HaqverdiMaterialın hazırlanmasında Azərbaycan İctimai Televiziyasının məlumatlarından istifadə edilmişdir ANN.Az
<iframe width="460" height="280" frame="//www.youtube-nocookie.com/embed/_P1tKp96zkQ"></iframe><iframe width="460" height="280" frame="//www.youtube-nocookie.com/embed/gZBl-YjYgvE"></iframe><iframe width="460" height="280" frame="//www.youtube-nocookie.com/embed/8o8B0lluDRk"></iframe>Bir mahnının tarixçəsi: "Şuşanın dağları" - VİDEO

07 Noyabr 2013, 13:29
07 Noyabr
2013
13:29
5158
Xəbər lenti
-
10:01"Azercell Telecom" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir! (R)
-
17:41Pirili kəndində növbəti səyyar görüş oldu (FOTO)
-
16:22Dövlət şirkəti Azərbaycanda minlərlə yeni iş yeri yaratmağa başlayıb
-
15:29Azərbaycanın efir məkanını sahmana salan şura: Qanunu rəhbər tutan quruma qanunsuz çağırışlar
-
12:48Voleybol üzrə Zəfər Kubokunun püşkü atıldı - FOTO
-
16:37Günün yoluxma statistikası açıqlandı
-
15:59Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verildi (FOTO/VİDEO)
-
15:43Elmira Nağıyevanın səlahiyyətinə vaxtından əvvəl xitam veriləcək
-
14:50Prezident Qazaxda yol tikintisinə 6,9 milyon manat ayırdı
-
14:35Vilayət Eyvazov bu rayona rəis təyin etdi
-
11:47Rusiya raket atdı, azərbaycanlı ailə həlak oldu - FACİƏ
-
10:59AMEA: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
-
10:28Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzaladı (FOTO)
-
10:22Neftimizin qiyməti 129 dollara yaxınlaşdı
-
10:09Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa etdi (FOTO)
-
09:53Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub (FOTO)
-
18:49Taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb (FOTO)
-
14:56“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil (AÇIQLAMA)
-
14:52Şarl Mişel İlham Əliyevə zəng etdi
-
13:52Yol tikintisinə 1.4 milyon manat ayrıldı (SƏRƏNCAM)
-
12:45Azərbaycan və İran xarici işlər nazirləri görüşdü
-
12:35DTX-nin həbs etdiyi gömrükçülərlə bağlı qərar verildi
-
12:30Bakıda 34, rayonlarda 36 dərəcə isti olacaq
-
12:15Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
-
11:48İyulda Azərbaycanda qar yağdı
-
11:30Rusiya bu tarixdən quru sərhədlərini açır
-
10:54Deputatlara verilən bəzi pul təminatları ləğv edildi
-
10:46Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirildi (FOTO/VİDEO)
-
09:30Ermənilər atəşkəsi pozdu: Kəlbəcər yenidən hədəfdə
-
09:26Ceyhun Bayramov İrana getdi
-
17:16Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda! (R)
-
17:04Peyvənd olunanların sayı açıqlandı
-
16:50Son sutkada 36 nəfər koronavirusa yoluxub
-
14:22Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”
-
13:48Vilayət Eyvazov media nümayəndələrinə təşəkkür etdi (VİDEO)
-
12:13Paytaxtda hava küləkli olacaq, rayonlarda yağış yağacaq
-
11:46Yağış və külək nə vaxtadək davam edəcək?
-
11:36Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
-
12:40Pensiya yaşı tamam olan şəxslərin nəzərinə - Nazirdən açıqlama
-
12:05Sabah Bakıda hava yağmursuz olacaq
06 İyul 2022
05 İyul 2022
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
Digər xəbərlər
-
Mədəniyyət, Vİdeo
Aygün Səmədzadənin mahnıları ilə Müstəqlillik Günü konserti (VİDEO)
-
Mədəniyyət, Vİdeo
Qazaxıstanın “Eskort ağalar”I “Park Cinema”da!
-
Mədəniyyət, Vİdeo
Rauf Qərib Alagözün "Borçalı" mahnısı da VEVO da yayımlanacaq (VİDEO)
-
Mədəniyyət, Vİdeo
Bu gündən etibarən “CinemaPlus”da nümayiş olunacaq məşhur filmlərin siyahısı
-
Mədəniyyət, Vİdeo
ARB Vaqif Səmədoğlunun anım gününə videorolik həsr etdi
-
Mədəniyyət, Vİdeo
Flora Kərimova təltif edilməsindən danışdı (VİDEO)
-
Mədəniyyət, Vİdeo
Efendi Rotterdamda firuzə rəngli xalçada yeridi (VİDEO)
-
Mədəniyyət, Vİdeo
Bu gündən ARB-də yeni layihə - Özəl akustik! (VİDEO)
-
Mədəniyyət, Vİdeo
“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb (VİDEO)