Bill Qeyts yenə də dünyanın ən zəngin adamıdır

Bill Qeyts yenə də dünyanın ən zəngin adamıdır

“Forbes” jurnalının versiyasına görə, ABŞ-ın “Microsoft” texnoloji korporasiyasının həmtəsisçisi Bill Qeyts 76 milyard dollarlıq var-dövləti ilə ən varlı milyarder statusunu özünə qaytarıb. Bu barədə nəşrin yenilənmiş illik reytinqində deyilir.

Korporasiya həmtəsisçisi liderliyi dörd il əvvəl itirib. Ötən il "Forbes” tərəfindən dünyanın ən varlı milyarderi Meksikanın media maqnatı Karlos Slima seçilsə də, 2014-cü ilin reytinqində o, 72 milyard dollarla ikinci yerdə qərarlaşıb.   

Üçüncü yeri bir il əvvəl olduğu kimi var-dövləti 64 milyard dollar təşkil edən “Inditex” şirkətinin sahibi ispaniyalı Amansio Orteqa tutub. Maliyyə dünyasında məşhur olan Uorren Baffet 58,2 milyard dollarla dördüncü yerdəki mövqeyini qoruyub. Ondan sonrakı yerə “Oracle” şirkətinin təsisçisi və baş direktoru Larri Ellison (48 milyard dollar) sahib çıxıb, - "Digit” www.digit.ru yazır.  

ICTnews

Tərəfdaşların xəbərləri

Xəbər lenti