Biləsuvar və Astaradan İrana gediş-gəliş dayandırıldı (YENİLƏNİB)

Biləsuvar və Astaradan İrana gediş-gəliş dayandırıldı (YENİLƏNİB)
Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsindən "Report”a verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir. 

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

14.55

Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

"Report"un əldə etdiyi məlumata görə, məntəqənin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

Xəbər lenti