“Böhtan xarakterli məlumatlar ordu-cəmiyyət birliyinə xələl gətirməyəcək”

“Böhtan xarakterli məlumatlar ordu-cəmiyyət birliyinə xələl gətirməyəcək”
"Antimilli qüvvələr ordunun nüfuzunu aşağı salmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər”.

Bunu "MediaPost”a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, günbəgün Silahlı Qüvvələrin peşəkarlığının artdığı, döyüş qabiliyyətinin yüksəldiyi vaxtda bəzi qüvvələr məqsədyönlü şəkildə cəmiyyətdə qıcıq yaradacaq məlumatlar yayırlar:

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Müdafiə naziri Zakir Həsənov bu gün ordumuzu bütün göstəricilər üzrə müasirləşdirib. Ordumuz Ermənistan ilə müqayisə olunmayacaq qədər güclüdür. Cəmiyyət də, ordumuz da Ali Baş Komandanın əmrini gözləyir, hərbçilərimiz döyüş əməliyyatlarına hazırdırlar. Belə bir ruh yüksəkliyinin olması təbii ki, müəyyən ünsürlərə sərf eləmir. Onlar həmrəyliyi gözü götürməyənlərdir, ordunun nüfuzunu aşağı salmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Ermənistan tərəfi də bu fürsətdən istifadə edir. Bizi daim izləyirlər”.

F. Ağamalının sözlərinə görə, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti və peşəkarlığı daim artırılır:

"Əlbəttə ki, müharibə qaçılmazdır, istər ordumuz, istərsə də cəmiyyətimiz buna tam hazırdır. Hərbçilərimiz tez-tez əməliyyat-taktiki təlimlərlə, NATO standartlarına uyğun kurslarla təcrübələrini artırırlar. Antiazərbaycan qüvvələr ordu haqqında nə qədər böhtan xarakterli məlumatlar yaysalar da, nəticə ordu-cəmiyyət birliyinə xələl gətirməyəcək”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti