“Bəzi böyük qüvvələrin ikiüzlü siyasəti erməni təcavüzkarlarını ruhlandırır”

“Bəzi böyük qüvvələrin ikiüzlü siyasəti erməni təcavüzkarlarını ruhlandırır”
"Tarixi proseslərə nəzər salsaq görərik ki, ermənilər bütün məqamlarda yaranmış vəziyyətdən sui-istifadə edərək çirkin planlarını həyata keçirməyə cəhd göstəriblər".

"MediaPost" xəbər verir ki, bunu "Sosial Tədqiqatlar Araşdırma Mərkəzi"nin sədri Əkrəm Bəydəmirli deyib. 

Onun fikrincə, əslində, hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə buraxılırdı. Tədqiqatçı bildirib ki, təbii olaraq, belə qara siyasətdə normal qonşuluq prinsiplərindən, digər xalqların nümayəndələri ilə birgə yaşam tərzindən, sülhdən söhbət gedə bilməz:

"Faşizmin təzahürü olan ermənilər deyəsən, heç zaman sülh şəraitində yaşamayacaqlar. Koronavirusdan betər olan erməni xəstəliyinin dərmanı beynəlxalq hüquqi prinsiplərə əsaslanan sərt cəza mexanizmləri ola bilər. Hayların bəzi məkrli planları haqqında danışmaq istərdim. Azərbaycanın Tovuz rayonu ətrafında erməni təxribatları, dinc sakinlərin evlərinin atəşə tutulması, insan itkiləri və bu istiqamətdə cərəyan edən digər proseslər düşmənlərimizin məqsədli addımları idi. Ermənistanda getdikcə dərinləşən sosial-iqtisadi gərginlik, baş nazir Paşinyanın uğursuz siyasəti, tüğyan edən pandemiyanın yaratdığı fəlakət əhalini acınacaqlı duruma salıb. Məhz belə məqamda cəbhə bölgələrində ermənilərin müxtəlif təxribatları baş verir. Məlum məsələdir ki, bu, öncə Ermənistanda daxili auditoriyaya hesablanmış addımdır. Onların daha bir məkrli planı odur ki, Dağlıq Qarabağ problemindən və işğal altında olan digər rayonlarımızdan diqqəti yayındırsınlar". 

Ə. Bəydəmirli dünyanın bir çox regionlarında erməni diasporu üzvlərinin təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin inzibati binalarına qarşı törətdikləri vandalizm faktlarından da danışıb: "Diplomatik missiya nümayəndələrinə hücumlar və dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı fiziki güc tətbiq edilməsi erməni xislətini, məkrli planlarını ortalığa çıxarıb. İstər Tovuz istiqamətindəki erməni təxribatı, istərsə də xarici ölkələrdə dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı erməni təxribatlarının kökündə həm də Dağlıq Qarabağ məsələsini unutdurmaq, arxa plana keçirmək kimi qara niyyətləri var. Müşahidələr bir daha təsdiqləyir ki, erməni təxribatları beynəlxalq təşkilatların sülh imitasiyasından, cəzasızlıq mühitindən qaynaqlanır. Cinayətkar cəzalanmırsa, ciddi iqtisadi sanksiyalarla üzləşmirsə, o zaman "paşinyanlar" özlərini rahat hiss edəcəklər. Dünyanın ikiüzlü siyasi dairələrinin loyal münasibəti təcavüzkarı ruhlandırır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına nəzər salanda bir daha aydın görürük ki, bu təşkilat ermənilərin işinə daha çox yarayır. Avropanın demokratiya beşiyində dinc etirazçılara qarşı törədilmiş erməni vəhşiliyinə bu təşkilatın loyal bəyanatı ATƏT-in Minsk Qrupunun kitabını bağladı. Həmsədrlərin, o cümlədən maraqlı tərəflərin münaqişəyə baxışı dəyişməsə, heç 100 il bundan sonra da bu münaqişə ədalətli şəkildə həll olmayacaq. Ən acınacaqlısı odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında erməni vəhşiliyini pisləyən elementlərə rast gəlmək mümkün deyil". 

"Real vəziyyəti təhlil edəndə bu qənaətə gəlmək olar ki, biz həm diplomatik cəbhədə, həm informasiya müharibəsində, həm də döyüş meydanlarında gücümüzü daha da artırmalıyıq. Düşmən əlini qaldırıb təslim olana qədər bütün cəbhələrdə hücumda olmalıyıq. Haqqın, ədalətin yolunda aparılan bu savaş aqressiv xarakterli olmamalıdır. Bütün cəbhələrdə düşmənə nəfəs dərməyə macal verməməliyik. Ən vacibi odur ki, informasiya müharibəsini peşəkarlar aparmalıdır. Qeyri-peşəkar informasiya yayımı düşmənə sərf edir. Son hadisələr zamanı, xüsusilə, Tovuz istiqamətində gedən döyüşlər dövründə informasiya yayımı işi bir daha təhlil olunmalıdır. Bu prosesin təkmilləşməsi zəruridir" - deyə, tədqiqatçı bildirib. 

Vətənpərvərlik məsələsinə diqqət yetirən Ə. Bəydəmirli vurğulayıb ki, səmimiyyətdən uzaq sosial şəbəkə qəhrəmanlığından vətənpərvərlik ola bilməz: "Hər kəs vətənpərvər olmalıdır. Lakin şüurlu və məsuliyyətli vətənpərvər. Yəni hər kəs Millətə, Dövlətə öz peşəkar, ləyaqətli işi ilə xidmət edərsə, bunun faydası daha çox olar.

Cənubi Qafqazı öz nəzarətində saxlamaq məqsədilə Dağlıq Qarabağ münaqişəsini təzyiq vasitəsinə çevirmiş bəzi dövlətlər münaqişənin həllində açıq, ədalətli mövqeyini ortalığa qoymalıdır. Yalnız belə bir addımın atılması ilə bu qüvvələr regionda öz nüfuzlarını qoruya bilərlər. Yadda saxlamaq lazımdır ki, zaman hökmü - ən ədalətli hökmdür. Müşahidə olunan siyasi proseslərin təhlili yaxın gələcəkdə həmin qüvvələrin nəinki Dağlıq Qarabağ məsələsini, hətta öz ərazilərində olan problemləri həlletmə gücündə olmayacaqlarını deməyə əsas verir".


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti