Bəzi aviaşirkətlər İran əvəzinə Azərbaycanın hava məkanından istifadə edir

Bəzi aviaşirkətlər İran əvəzinə Azərbaycanın hava məkanından istifadə edir
Dünyanın bəzi aparıcı aviaşirkətləri Azərbaycanın hava məkanından aktiv istifadə etməyə başlayıb.

Ann.az xəbər verir ki, bu barədə flightradar24.com məlumat yayıb.

Bildirir ki, bəzi beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadənin dayandırılmasından sonra Azərbaycanın hava məkanından aktiv istifadə etməyə başlayıb. İran və İraqa uçuşların dayandırılmasından sonra təyyarələr Avropa istiqamətlərinə uçarkən Azərbaycan və Türkmənistanın hava məkanında sıxlıq müşahidə edilib. 

Qeyd edək ki, "Lufthansa”, "Air France”, "Singapore Airlines” şirkətləri də daxil olmaqla bəzi böyük beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadəni müvəqqəti dayandırıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti