Beynəlxalq Olimpiya Komitəsi Küveyti diskvalifikasiya etdi

Beynəlxalq Olimpiya Komitəsi Küveyti diskvalifikasiya etdi
Küveyt Milli Olimpiya Komitəsi fəaliyyətinə hökumətin müdaxiləsi üzündən diskvalifikasiyaya məruz qalıb. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar qəbul edib.

Qərardan apellyasiya üçün oktyabrın 27-dək vaxt verilib. İOC-un qərarı qüvvədə saxlanılsa, Küveyt idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəni təmsil edə bilməyəcəklər. Daha öncə Küveyt Futbol Assosiasiyası da eyni səbəbdən FİFA-nın cəzası ilə üzləşib. Ölkənin milli komandası və klubları ali futbol qurumu və Asiya Futbol Konfederasiyasının bayrağı altında keçirilmiş turnirlərdən kənarlaşdırılıblar. 

Qeyd edək ki, Küveyt komandasının 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da iştirakı sual altına düşüb. 

www.ann.az

Xəbər lenti