Beynəlxalq Bankın dövlətə məxsus səhmləri özəlləşdiriləcək

Beynəlxalq Bankın dövlətə məxsus səhmləri özəlləşdiriləcək
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb. 

ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyinə və Mərkəzi Banka on beş gün müddətində "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etmək və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görmək tapşırılıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti