Bəstəkar Cavanşir Quliyev 63 yaşını qeyd edir

Bəstəkar Cavanşir Quliyev 63 yaşını qeyd edir

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin doğum günüdür.

ANN.Az xəbər verir ki, Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə anadan olub.

1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Diplom işi kimi “Birinci simfoniya”sını yaradıb.

1978-ci ildən Konservatoriyada, 1994-cü ildən Mədəniyyət və İncəsənət Universitetində müəllimi kimi çalışıb. 1993-2005-ci illərdə Akademik Milli Dram Teatrının musiqi hissə müdiri vəzifəsində çalışıb.

2005-ci ildən Şimali Kipr Türk Respublikasındakı Yakın Doğu Universitetinin səhnə sənətləri fakültəsində dərs deyir.

ABŞ, Almaniya, Finlandiya, Türkiyə, Polşa, Rumıniya, Slovakiya, Yuqoslaviya, İsrail, Bolqarıstan, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Ermənistan, Özbəkistan və Kiprə yaradıcılıq ezamiyyətlərində olub və əsərləri adları çəkilən ölkələrdə ifa olunub.

İki operettanın – “Məhəbbət oyunu” və “Yeddi məhbusə”nin, dörd simfoniyanın, “Karvan” musiqinin, simli orkestr üçün “Dastan” əsərlərinin, 300-ə yaxın teatr və televiziya tamaşalarının musiqisinin müəllifidir. Bundan başqa, 8 bədii və 25 sənədli filmə yazılmış, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisini bəstələyib.

Bəstəkarın aldığı mükafatlar:

Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982)

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992)

General M.Əsədov adına mükafatın laureatı (1993)

Şəhriyar adına mükafatın laureatı (1995)

Avropa Türk-İslam birliyinin qızıl medalı (Almaniya 1997)

“Humay” mükafatı laureatı (2000)

“Qızıl dərviş” mükafatı laureatı (2001).

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti