Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - Fotolar

Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - Fotolar
29 mart tarixindən etibarən Bərdə regional "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

"ASAN xidmət” mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Bərdə "ASAN xidmət” mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 minə yaxın vətəndaşa xidmət göstərir.

Digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. "ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər -bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.

Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.

Hazırda ölkəmizdə 7 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə "ASAN xidmət” mərkəzi sayca 8-ci mərkəzdir.
 
ANN.Az
 














Xəbər lenti