Bənazir Bhuttonun ölümündən 6 il ötür

Bənazir Bhuttonun ölümündən 6 il ötür
Pakistanın sabiq baş naziri 2007-ci ildə terror qurbanı olmuşdu.Pakistanın sabiq baş naziri Bənazir Bhuttonun ölümündən 6 il ötür. Ölkənin ilk qadın baş naziri 2007-ci ildə ölkənin ən sıx məskunlaşmış şəhərlərindən olan Ravalpindidə mitinqdə çıxışını bitirdikdən sonra silahlı hücumun və partlayışın qurbanı olmuşdu. Terrorçu-kamikadze əvvəlcə arenadan düşərək avtomobilinə yaxınlaşan Bənazir Bhuttonu sinəsindən və boynundan vurmuş, daha sonra üzərindəki bombanı partladaraq, baş nazirlə birlikdə 20 nəfərin həyatına son qoymuşdu.Ravalpindidən əvvəl Kəraçi şəhərində Bənazir Bhuttoya qarşı sui-qəsd cəhdi olmuş, lakin 138 nəfərin öldüyü, 248 nəfərin də yaralandığı terror aktı nəticəsində Bhutto zərər çəkməmişdi.Qeyd edək ki, nüfuzlu Harvard və Oksford universitetlərində təhsil alan Bənazir Bhutto 1987-ci ildə Pakistanın hazırki prezidenti, o vaxtlar isə sement maqnatı olan Asif Əli Zərdari ilə evlənmişdi. 1988-ci ildə Pakistanda 1977-ci ildən bəri ilk dəfə keçirilən parlament seçkilərində partiyası qalib gələn Bənazir Bhutto bir müsəlman ölkənin ilk qadın baş naziri olmuşdu.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti