Bələdçilər Horadiz-Bakı qatarını yarıyolda qoydu

Bələdçilər Horadiz-Bakı qatarını yarıyolda qoydu
Dünən gecə saat gecə 12 radələrində Horadiz – Bakı istiqamətində hərəkət edən sərnişin qatarının bələdçiləri İmişli rayonu ərazisində vaqonlarda olan əyləc dəstəyindən istifadə edərək, qatarın hərəkətini dayandırıblar. “Axar.az”  məlumat verir ki, iyirmi nəfər bələdçi üç saatdan artıq müddətə qatarın hərəkətinə imkan  verməyib və bildiriblər ki, qatarlar köhnədir. Bələdçilərin redaksiyamıza verdiyi xəbərdə bildirilir ki, depoda yeni qatarlar olmasına baxmayaraq, nasaz qatarları xəttə buraxırlar: “Biz bu etirazla tələb etdik ki, yeni qatarlarda işə çıxmağımız təmin olunsun”. Sərnişinlərin də baş vermiş ləngiməyə etirazından sonra İmişli Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Bir bələdçi istisna olmaqla, digərlərini polis idarəsinə aparılıb. Xəbərdarlıqdan sonra onlar iş yerlərinə geri qaytarılıblar. “Azərbaycan Dəmir Yolları” ASC-nin növbətçisi “Axar.az”a bildirdi ki, şənbə günü olduğundan, ictimaiyyətə məlumat vermək səlahiyyəti olan şəxslər işdə deyil. Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-də çalışan bələdçilər bir neçə dəfə etiraz edib, hətta 10 yanvar tarixində Prezident Adminstrasiyasına şikayətə də gediblər. Onların əsas istəyi şimal istiqamətində hərəkət edən qatarlara kişi bələdçilərin əvəzinə qadın bələdçilərin təyin edilməsi qərarının dəyişilməsi, ölkə daxilində daha təmirli qatarlarda işləməkdir.ANN.Az

Xəbər lenti