Belçikada Natəvanın vandalizmə məruz qalmış abidəsinin bərpasına başlanıldı

Belçikada Natəvanın vandalizmə məruz qalmış abidəsinin bərpasına başlanıldı
Belçikanın Vaterlo şəhərində Heydər Əliyev Fondunun himayəsi altında 2016-cı ildə ucaldılmış, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizm aktı törədilib, abidənin üzərinə boya tökülüb və heykəlin bəzi hissələri dağıdılıb.

Qaynarinfo xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva APA-ya bildirib ki, məsələ ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır.

"Abidənin üzərinə tökülmüş boya artıq təmizlənib və onun bərpası işlərinə başlanılıb. Səfirliyimiz bu məsələni nəzarət altında saxlayır”, - deyə XİN rəsmisi vurğulayıb.



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti