Belçika BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü ldu

Belçika BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü ldu
Belçika Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvü kimi vəzifəsinin icrasına başlayıb.

Ann.az xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb: 

"Yaxın iki il ərzində Belçika BMT Təhükəsizlik Şurasının qalan üzvləri və digər maraqlı tərəflərlə birgə beynəlxalq sülh və təhlükəsizlik məsələlərində müştərək cavablar axtarışında qurucu, etibarlı, açıq tərəfdaş olacaq. Belçikanın BMT TŞ-dəki şüarı konsensusa səy göstərmək, sülh naminə hərəkət etmək olacaq".

Qeyd edək ki, 2007-2008-ci illərdə də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmuş Belçika 2020-ci ilin fevral ayında qurumun sədri olacaq.

www.ann.az

Xəbər lenti