BBC: Köləliklə mübarizə təşkilatına səyahət

BBC: Köləliklə mübarizə təşkilatına səyahət

Linda Pressli Braziliya müasir köləlik probleminin həll olunması üçün bir çox ölkələrdən daha çox iş görüb. İnspektorlar 30 il ərzində 45 000-dən çox insanı xilas ediblər. Amma Braziliyada köləliyin təyini çox genişdir. Hətta əgər burada açıq məcburiyyət yoxdursa və hamı bununla razıdırsa belə, ağır əmək şərtləri tətbiq olunur.Çoxlu sayda “CİP”lərin açdığı dolanbac yollar Braziliyanın şərqində, Paraiba ştatının yandırılmış daş yerlərində uzanıb gedir.Tozlu tüstüdə polis "miqalkası" birinci maşının damında güclə görünür. Onların arxasınca gələn maşınlar isə Əmək Nazirliyinin inspektorlarını daşıyır.Bu, köləliklə mübarizə üzrə Braziliyanın mobil bölmələrindən biridir. Və o, "tuşlamadan" sonra yerli daş karxanasına gedən yoldadır.Sonra pis yolda, Serra Brankanın kiçik şəhərciyi xaricində, maşın karvanı dayanır. Onda, yerli bələdçilərin məlumatlandırdığı federal zabitlər tapançalarını çıxarıb, qranit lövhələr vasitəsilə yuxarı qalxmağa başlayırlar.Gərgin əhval-ruhiyyə var - axı belə reydlər zorakılığa gətirib çıxara bilər. 5 dəqiqə sonra polis siqnal verir və əmək inspektorları qayaların üstündən keçməklə hansısa görkəmsiz göy plastik nazik pərdəyə - işçilərin improvizasiya olunmuş sığınacağına doğru irəliləyirlər .Braziliyada "köləlik" sözü xüsusi rezonansa malikdir. Bura Şimali Amerikanın limanlarından daha çox Afrikadan milyonlarla qul gəlib. Həm də Braziliya Şimali və Cənubi Amerika ölkələri arasında qullara azadlıq verən sonuncu ölkədir.Karxanada köləliyə qarşı mübarizlər komandası mövqe tutur. Orada  olan insanlar cır-cındır paltarlar  və qədim deşikli çəkmələr və ya yalnız çəkələklər geyinirlər. Heç kim, heç bir qoruyucu təchizata və ya əlcəyə malik deyil. Orada tualet və ya təmiz su tapa bilməzsən. Burada çalışan insanların heç biri qeydiyyata alınmış işçi deyillər.Yaxınlıqdakı ikinci karxanada da eyni şey təkrarlanır, partlayıcı maddələr polietilen paketdən sallanaraq burada saxlanılır. İnspektorlar aydınlaşdırmalıdırlar ki, bu iş şərtləri "analoji köləliyə" uyğundurmu? Əgər elədirsə, onda karxana bağlanacaq.Braziliya qanunvericiliyinə əsasən, köləlik təyini mütləq məcburiyyəti və ya gücü nəzərdə tutmur. Alçaldıcı və ya təhqiredici şərtin üstünlüyü işə götürənlərin cinayət təqibinə başlamaq üçün öz-özlüyündə kifayət qədər səbəbdir.Fransız rahibi Ksavye Plassat- Braziliyada Keşiş torpaq komissiyasında katolik xeyriyyəçilik sahəsində işləyən dominikanlıdır, o, bu təyini dəstəkləyir."Kimisə özünüzə tabe etmək üçün, siz formal azadlığı ona imtina etməyə məcbur deyilsiniz. Siz bunu başqa vasitələrin köməyi ilə edə bilərsiniz", - o, deyir."Siz onu meşədə fermada təcrid edə bilərsiniz. Əgər o, bu yeri tərk etmək vasitələrinə malik deyilsə, demək, o, sizin əsirinizdir. Və əgər işləyən insan həyat üçün minimal şəraitə malik deyil - su, qidalanma məhsulları, ev, iş risklərindən müdafiə, onda bu, əmək haqlarına etinasızlıqdan daha artıqdır".Keşiş torpaq komissiyası əsasən Amazonka hovuzunda işləyir. Bu regionda olan geniş təcrid edilmiş ranço bildirir ki, köləlik burada dərin kök salıb.Akaylandiyada - Amazonka regionunun qırağındakı fermer şəhərciyində - həyat və insan hüquqlarının müdafiəsi üzrə yerli mərkəz hər ay köləlik haqqında ən azı üç şikayət alır."Həmin şikayətlərin əksəriyyəti əmək pozuntularıdır. Buna misal olaraq, əmək haqqının ödənilməsindəki ləngimələri  göstərmək olar", - Mərkəzin sosial işçisi Briqida Roça belə deyir.  Əlavə edir ki, amma bu ilin oktyabrına qədər onlar artıq Əmək Nazirliyinə 13 hadisə haqqında məlumat verib və bu hadisələr köləlik kimi qiymətləndirilir".Köləliklə mübarizə üzrə mobil bölmənin belə rançolardan birindən xilas etdiyi adamlardan biri deyir ki, işlədikləri yerdə ən pis şey təmiz suyun olmaması idi:  "Biz yuyunmaq üçün xüsusi qablarda aldığımız çay suyundan istifadə etməli idik".Amma təəccüblüdür ki, o, bu rançonu əvvəllər çalışdığı iş yerləriylə müqayisədə daha yaxşı hesab edir: “Mən aclıq çəkirdim. Bəzən mülkədarlar pulumu vermirdilər . Mən zorakılıq gördüm, nəsə olacağından qorxub-çəkindiyimdən yuxusuz gecələr keçirdim".Akaylandiyada öz arvadıyla və uşaqlarıyla yaşadığı qul. Onun kasıb koması və arvadı ərinin üzünə baxıb “ah!” çəkir: "O, bütün həyatını qul kimi yaşayıb".Amma yerli mülkədarlar inanmırlar ki, sərt əmək şərtləri köləlik sayılır."Burada qul əməyi mövcud deyil", - Akaylandiya yaxınlığında rançosu olan Jailton Alves de Oliveyra belə deyir.  O hesab edir ki, "insanlığa sığmayan davranış" bəzi fermalarda ola bilər, amma bu, eyni şey demək deyil: “Qul əməyi odur ki, insanı nəsə etməyə məcbur edirlər. Bizim işçilərimiz tamamilə azaddır, nə vaxt istələsələr gələ də bilərlər, gedə də bilərlər".Belə bir ehtimal mövcuddur ki, qanun daha sərt ola bilər.Braziliya milli konqresi hökumətə qul əməyindən istifadə edən şirkətlərin əmlakını əlindən almağa imkan verən düzəlişi müzakirə etməyi tövsiyyə edir.Amma paytaxtda deyirlər ki, bu qayda o vaxt ola bilər ki, köləliyin təyini dəyişdirilməsi barədə razılıq əldə edilsin, bununla da  "alçaldıcı və ya təhqir edici şərtlərin üstünlüyü" haqqında vəziyyət yox olacaq.İqtidarda olan Əmək Partiyasından Yolun Klaudiosu kimi konqres üzvləri deyirlər ki, buna dözməyəcəklər: “Biz alçaldıcı şərtlərdən danışarkən, ölümə səbəb olan halları nəzərdə tuturuq. Eyni zamanda 19-cu əsr İngiltərəsində olan zavod şəraitini nəzərdə tuturuq, - yəni, tamamilə qəbuledilməz olan hallardan danışırıq".Onun sözlərinə görə, məcburiyyət müxtəlif formalarda olur - açıq və gizli."Mən bir fermaya baş çəkdim, orada işçilərə minimal əmək haqqı təklif edilmişdi. Amma 3 ay sonra onlara yalnız 10 real (£ 2.60, $ 4.25) ödənmişdi. Onlar heç bir yerə gedə bilmirdilər, çünki getmək üçün vasitələr yox idi. Bu, məcburiyyət deməkdir".Paraibadakı karxanada inspektorlar işçiləri sorğu-sual edirlər.Damiao Oliveyro - subay kişidir, amma öz bacısına kömək edir. O, reydlə əlaqədar qarışıq hisslər keçirir. Onun fikriləri ikilidir. O, həm inspektorların gəlməsinə sevinir, ən azından qanunun tətbiqi tələb olunacaq, digər tərəfdən o, fikirlərşir ki, inspektorlar gedəndən sonra durum necə olacaq? Axı o, pul qazanmalıdır. O, həm də fikirləşir ki, doğrudanmı, qul əməyi şəraitində işləyir?"Yox... Bizim pulumuzu vaxtında verirlər, biz iş vaxtımızı özümüz seçə bilərik və əgər bizə qabaqcadan pul lazımdırsa, bu haqda sahibimizdən xahiş edə bilərik", - o, deyir.Damiao burada işləməyə davam etmək istəyərdi. Amma köləliklə mübarizə üzrə komanda narazıdır. İnspektorlardan biri Jislen Staçolski işçilərə müraciət edir: "Biz belə bir nəticəyə gəldik ki, burada əmək şərtləri xüsusilə alçaldıcıdır... Bu şərtlər köləliklə eynilik təşkil edir. Bu o deməkdir ki, daş karxanasında iş dayandırılacaq".O, izah edir ki, onlar karxananın sahibindən və işsizliyə görə kompensasiyanı alacaqlar.Karlos Kleber, işə götürəndir, müdafiə mövqeyi tutur."Mən düşünmürəm ki, bu, köləlikdir. Mən, sadəcə, bu insanlara iş yerləri təklif edirəm. Burada çox az kənd təsərrüfatı işləri var", - o, deyir: " Və indi bu işçilər işsiz qalacaqlar".Əgər o, Əmək Nazirliyinin minimal şərtlərini yerinə yetirə bilməyəcəksə, karxana fəaliyyətini dayandıracaq.Braziliya işdə təhlükəsiz şərtləri tətbiq etməyə çalışır.Və əsarətə salmaq əmək şərtlərin pozulmasıdırmı? Braziliyada deyirlər ki, bəli, bu, əmək şərtlərinin pozulmasıdır, alçaldıcıdır."Həyatda hər şey dəyişdiyindən bizim köləlik anlayışımız da dəyişib", - baş inspektor Benedito de Lima belə deyir."İndi bu, yalnız azadlığın məhdudluğu deyil. Bu təyinlər işçinin insan hüquqlarına təsir edən şərtləri özündə birləşdirir".ANN.Az 

Tərəfdaşların xəbərləri

Xəbər lenti