Bazarlarda qiymətlər bahalaşdı – VİDEO

Bazarlarda qiymətlər bahalaşdı – VİDEO
Ayın sonuna qədər isə bu qiymətlərin bir az artması ehtimal edilir.Yeni ilə artıq 15 gün qalıb. Bayram yaxınlaşanda bir növ bazarlarda qiymətlərin artması adət halını alır.ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, bayrama 15 gün qalmış bazarlarda almanın qiyməti 50 qəpik- 2 manat arasında, ananas 3-4 manat, armud 2 manat 50 qəp, banan 2 man 30 qəp, xurma 1 manat, kivi 2 manat, heyva 50 qəp-3 manat, üzüm 3 manat, nar 2 manat, yerkökü 1 manat, naringi 50 qəp 1 manatdan başlayaraq 3 manata qədər idi.Tərəvəz məhsullarının da qiymətlərində xeyli artım müşahidə olunur. Pomidor 1 manat 50 qəpik, xiyar 2 manat 50 qəpik, kartof 1 manat 20 qəpik, soğan 80 qəpik idi. Badımcanın qiyməti isə 2 manat-2 manat 50 qəpik arasında dəyişirdi. Satıcılar qiymət artımını məhsulları baha almaları ilə əlaqələndirdilər.Digər məhsullarda da artım müşahidə etmək mümkün idi. Düyü bazarda 1 manat, şabalıd 4-5 manat, kişmişin qiyməti 3-6 manat, ərik qurusu isə 3-5 manat arasında dəyişirdi. Qozun qiyməti 3 manat, fındığın qiyməti isə 2 manat 50 qəpik idi.Elə alıcılar da bazardakı qiymətlərin baha olmasından şikayətlənirdilər.Ətin qiyməti isə həmişə olduğu kimi dəyişməz qalıb. Yəni qoyun əti 10 manat, mal əti isə 8 manat. Qiymətlər hələ yeni ilə 15 gün qalmış müşahidələrin nəticələri idi. Ayın sonuna qədər isə bu qiymətlərin bir az artması ehtimal edilir.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti