Evinin damını Azərbaycan bayrağı ilə örtdü - ANN.TV

Evinin damını Azərbaycan bayrağı ilə örtdü - ANN.TV
28 May qəsəbəsi Binəqədi rayonunun ərazisinə daxil olan, Abşeron yarımadasının qərbində yerləşən yeni yaşayış məntəqəsidir. Mən evimə hər gəlib-getdiyimdə bu yerin yaxınlığından keçirəm. Qəsəbə yeni tikilməyə başlayıb, hər yerində yarımçıq, təmiri başa çatmamış evlər görmək mümkündür. Bu evlərin arasında diqqətimi cəlb edən bir ev də var. Ev öz qeyri-adiliyi ilə digər evlərdən seçilir desəm,  yəqin yanılmaram. Başqa evlərin  dam örtüyü adi şiferdən  düzəldiyi halda bu evin dam örtüyü milli atributlarımızdan olan Azərbaycan bayrağının əksi ilə örtülüb. Təkcə mənim deyil, ətrafdan keçən hər kəsin marağına səbəb olan bu evin sahibi ilə danışmaq, bu qeyri-adi addımın səbəbini öyrənmək üçün darvazanı döydüm. Çox səmimi, gülər üzlə məni qarşılayan ev sahibi Hatəm Əliyevə gəlişimin məqsədini izah edib evinin damında əks olunan Azərbaycan bayrağı ilə maraqlandığımı bildirdim.
 
 
Ev sahibi Hatəm Əliyev inşaatçıdır, tikinti şirkətlərindən birində çalışır. Usta olduğuna görə evinin hər küncündə, bucağında əlinin əməyi var. Deyir, futbol azarkeşidir, elə evinin dam örtüyünü  bayrağımızın rəngi ilə örtməsinin də səbəbi məhz futbolla bağlıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fotoların müəllifi Fərqanə Novruzovadır
 
 
 
 
 
 
 
 
 
 
 

Xəbər lenti