Baş nazir: “Gürcüstanda yüksək vəzifələrdə azərbaycanlıları daha çox görmək istəyirəm”

Baş nazir: “Gürcüstanda yüksək vəzifələrdə azərbaycanlıları daha çox görmək istəyirəm”
"Bu gün bir çox vətəndaşlarımız gürcücə nə danışa, nə də yaza bilir. Bu, çox ağrılıdır və əlbəttə ki, problemdir”.

"Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Aparatının 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib.

Onun sözlərinə görə, konkret vəzifələrdən biri 2030-cu ilə qədər Gürcüstanın bütün vətəndaşlarının gürcücə sərbəst danışmasına nail olmaqdan ibarətdir: "Mən burada etnik azərbaycanlılar olan uğurlu parlament üzvlərini görürəm. Onlar gürcü dilində səlis danışırlar. Belə uğurlu gəncləri parlamentdə və nazirliklərdə nazirlər, nazir müavinləri və digər yüksək vəzifələrdə daha çox görmək istəyirəm. Bunun üçün ilkin şərtlərdən biri bütün vətəndaşlarımızın gürcü dilini öyrənməsidir”.

İ.Qaribaşvili qeyd edib ki, gürcü dilinin öyrənilməsi ilə bağlı azərbaycanlı və erməni həmvətənlərimizlə dəfələrlə danışmışıq: "Onlardan hər biri dövlətin bu istiqamətdə atacağı konkret addımlara hazırdır. Biz bu məqsədə çatmaq üçün lazım olan bütün alətləri yaratmalıyıq. Etnik azlıqların təhsilə və keyfiyyətli tibbi xidmətə əlçatanlığı, onların sosial-iqtisadi layihələr və ölkənin siyasi həyatında daha fəal iştirakı güclü gələcəyimiz üçün möhkəm təminat olacaq”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti