Baş bankir illik inflyasiya faizini açıqladı

Baş bankir illik inflyasiya faizini açıqladı
Azərbaycan Mərkəzi Bankının qiymət artımı ilə bağlı gözləntiləri sabit qalıb.

Ann.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, bu göstərici AMB-nin illik inflyasiya hədəfinə uyğundur: "İllik inflyasiya pullu xidmətlərin qiymətinin dinamikasından təsirlənib. Bu ilin sonunda illik inflyasiyanın səviyyəsi 4% təşkil edəcəyi gözlənilir.  İllik inflyasiya başlıca olaraq, pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənib. Burada 12 ay ərzində 3,7 faiz səviyyəsində artım olub. Uyğun olaraq illik inflyasiyanın artımının təxminən 50 faizi bu amilin payına düşür. Ərzaq 2,3 faiz, qeyri-ərzaq qiymətlərinin isə 1,3 faiz artım dinamikası ümumi inflyasiya səviyyəsindən aşağıdır".

www.ann.az

Xəbər lenti