Barak Obama və digər boşanmış prezidentlər - SİYAHI

Barak Obama və digər boşanmış prezidentlər - SİYAHI

ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obamanın boşanma xəbəri gündəmə damğasını vurdu. Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın dəfn mərasimində ABŞ prezidentinin Danimarkanın xanım baş naziri Helle Torninq-Şmidt ilə səmimi söhbətindən sonra yaranmış boşanma təklifi Mişel Obamadan gəlib.

Xatırladaq ki, 21 illik ailə həyatları olan Obamaların 2 qız övladı var.

Beləliklə, hay-küylü boşanmaları ilə tarixə düşən dövlət başçılarının siyahısına Barak Obama da daxil ola bilər. Amma hələ tələsməyək...   

Modern.az saytı yaxın dövrdə boşanmış dövlət və hökumət başçılarını yada salır. 

Rusiyanın prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina də bu il boşanıblar. Putinin 30 illik evliliyini bitirməsinə səbəb isə 30 yaşlı Alina Kabayeva sayılsa da, cütlük rəsmi olaraq ailə həyatına az vaxt ayırmalarını, bir yerdə çox qısa müddət ola bildiklərini əsas gətirib. 

Fransanın eks-prezidenti Nikola Sarkozi 3 dəfə evli olub. Birinci xanımından 1996-da, ikinci xanımından isə 2007-də boşanıb. 3-cu həyat yoldaşı isə Karlo Brunidir.

 

Ukraynanın prezidenti Viktor Yanukoviç də xanımı Lyudmila Yanukoviçlə boşanıb.

Prezidentlərlə yanaşı, kral ailələrində də ər-arvad ayrılığı yaşanıb. Onlardan ən məşhuru “Ledy Di” ilə bağlıdır. O, şahzadə Çarlz ilə 1981-ci ildə 750 milyon insanın şahidliyi ilə evlənərək tarixə düşüb. Amma kraliça II Yelizaveta 1996-cı ildə oğlunun nikahını pozub.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti