Bankların yeni “gəlir mənbəyi”: 500 avroluq əsginaslara komissiya haqqı

10 İyul 2019, 11:33
10 İyul
2019
11:33
974
Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib.
Ann.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.
V.Bayramov qeyd edib ki, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər:
"Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq bir faiz ödəməlidir. Məsələn, 500 əsginaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka "hədiyyə” etmək məcburiyyətindədir”.
Onun sözlərinə görə, bankların tədavüldə istifadəsi davam edən əsginas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə gəlir əldə etmək maraqlandırır:
"Halbuki bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komissiya haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır.
Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.
V.Bayramov Avropa Mərkəzi Bankının 4 may 2016-cı ildə 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qəbul etdiyi qərara da diqqət çəkib:
"Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən, banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi, onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.
Avropa Mərkəzi Bankının, hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.
www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
16:46Naxçıvan Ali Məclisinə seçkilər təyin edildi (SƏRƏNCAM)
-
16:40Prezident yol təmirinə 7,8 milyon ayırdı
-
14:16Demokratik İslahatlar Partiyasının VI qurultayı keçirildi (FOTO)
-
13:58Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
-
13:49Xəzərə dair yüksək səviyyəli işçi qrupun növbəti iclasının tarixi açıqlandı
-
13:05Sabahın hava proqnozu
-
12:51Azərbaycanda yas mərasimlərinin keçirilməsinə qadağa qoyulur?
-
12:26Prezident rusiyalı naziri qəbul etdi
-
11:43Bu ilin sonuncu Günəş tutulması dekabrın 26-da baş verəcək
-
11:18Daha iki şirkət yeni radio üçün müsabiqəyə sənəd verdi
-
11:16Ən çox yağış bu qəsəbəyə yağıb - FAKTİKİ HAVA
-
11:14Xəzərin statusuna dair növbəti iclasın yeri dəyişdirildi
-
11:00Əli Cəfərovun 70 saylı Masallı şəhər dairəsindən namizədliyi irəli sürüldü
-
13:57Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
12:56Sabaha gözlənilən hava proqnozu
-
10:59Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
10:27Cəbhədə vəziyyət necədir?
-
10:16Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
-
14:46MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)
-
13:09Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
13:04"Azercell" ilə Nəsimi irsindən zövq al
-
12:47Məzahir Pənahov: "Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..."
-
10:37İcra Hakimiyyətində yeni təyinat
-
09:59Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
09:56Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
19:56Könüllülər üçün konsert keçirildi (FOTO)
-
16:58İstirahət günlərinin hava proqnozu
-
15:37Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
14:31Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi
-
13:39Şənbə günü hava necə olacaq?
-
12:28Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
-
11:17Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
-
11:14Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
-
10:49Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
-
10:22Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
Digər xəbərlər
-
İqtisadiyyat
Prezident yol təmirinə 7,8 milyon ayırdı
-
İqtisadiyyat
Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
İqtisadiyyat
Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
İqtisadiyyat
Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
İqtisadiyyat
Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
İqtisadiyyat
Azərbaycan nefti kəskin bahalaşdı
-
İqtisadiyyat
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı (R)
-
İqtisadiyyat, Qaynari.nfo
Pensiya və maaşlar artacaq - BU TARİXDƏN
-
İqtisadiyyat
NEQSOL Holdinq Vodafone Ukrayna şirkətini aldı (RƏSMİ)