"Bank BTB"nin qanunsuz əməlləri ifşa olundu (FOTO)

"Bank BTB" ulu öndər Heydər Əliyevin imzaladığı qanunları unudub. Belə ki, sözügedən bank mərhum prezidentin 3 oktyabr 1997 -ci ildə imzaladığı "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nun bir neçə bəndini pozub.

Ann.az Kommersant.az-a istinadən xəbər verir ki, "Bank BTB" 30 min manatadək istehlak krediti verdiyini bildirir. Krediti sifariş etmək istəyən istehlakçı isə 30 min manat deyil, 20 min manatadək kredit sifariş edə biləcəyini görür. Bu halda bank sözügedən qanunun 10-cu maddəsini heçə sayır. Belə ki, maddədə deyilir:

O reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi) reklam istehlakçısını qəsdən yanlış istiqamətləndirir.



Həmin qanunvericiliyin 6 -cı maddəsinin 1-ci bəndində deyilir: Bazar subyektlərinin, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir.



Bankın öz müştərilərini bu kimi cılız yollarla aldatmasının nəticəsi isə həmin qanunun 30-cu maddəsində belə ifadə olunur:

İctimai və dövlət mənafeyinə zərər vuran, gəlir məqsədilə bilərəkdən yalan reklam sifariş edən, istehsal edən və yayan fiziki və vəzifəli şəxslər müvafiq məsuliyyətə cəlb olunurlar.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti