Bağlı qapı arxasında qalan azyaşlı belə xilas edildi (VİDEO)

Bağlı qapı arxasında qalan azyaşlı belə xilas edildi (VİDEO)
Bu gün Lənkəran şəhər Zərifə Əliyeva küçəsində yerləşən mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olaraq xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açıblar. Azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qaynarinfo-nun xilasetmə əməliyyatından əldə etdiyi görüntüləri təqdim edirik.

Tərəfdaşların xəbərləri

Xəbər lenti