Bakıya yeni aviareys açılır

Bakıya yeni aviareys açılır
Gələn ay Başqırdıstanın paytaxtı - Ufa şəhərindən (Rusiya) Bakı istiqamətində yeni müntəzəm aviareys açılacaq. «APA-Economics»in məlumatına görə, «Ural Hava Yolları» aviaşirkətinin reallaşdıracağı reyslər həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək. Ufa-Bakı istiqamətində aviabiletin qiyməti təqribən 157 manat olacaq. «Airbus-320» təyyarəsi ilə həyata keçiriləcək ilk aviareys dekabrın 25-də baş tutacaq. Növbəti reys isə  Yeni İl bayramından sonra, yanvarın 15-də həyata keçiriləcək. Qeyd edək ki, hazırda Ufadan Bakıya iki daimi reys həyata keçirilir. Bu istiqamət üzrə uçuşlar həftənin çərşənbə axşamı günləri «Taymır» aviaşirkəti tərəfindən yerinə yetirilir.ANN.Az

Xəbər lenti