"Baku Bus" avtobuslarında wi-fi şəbəkəsi olacaqmı?

"BakuBus" şirkəti 2015 və 2016-cı illərdə avtobuslarında "wi-fi" şəbəkəsinin yaradılacağı ilə bağlı məlumat versə də, aradan 2 il keçməsinə baxmayaraq hələ də bu xidmət təqdim edilməyib. 

Qaynarinfo məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanlayıb. 

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, yaxın vaxtlarda "Baku Bus" MMC-yə məxsus avtobuslarda "Wi-Fi" şəbəkəsinin quraşdırılması nəzərdə tutulmur.

www.ann.az

Xəbər lenti