Bakının küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, noyabrın 21-dən 24-dək paytaxtın Səbail rayonu ərazisində GT3 avtomobil yarışının başlanması ilə əlaqədar paytaxtın Mikayıl Useynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov Qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.Qeyd edək ki, dünya avtomobil yarışında Fransa, İtaliya, İspaniya, Almaniya və s. kimi ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq. Avtomobillər bir neçə dəfə dövrə vuraraq təyin edilmiş 8 km-lik marşrut boyu hərəkət edəcək. Beynəlxalq yarışı dünyanın müxtəlif ölkələrində 165 televiziya canlı yayımlayacaq ki, bu da 3 milyard tamaşaçı auditoriyası deməkdir.Tədbir çərçivəsində 13 ədəd Formula 1 tipli yarış avtomobilləri şou nümayiş etdirəcək. Yarış avtomobilləri Bayraq Meydanının qarşısından start götürərək Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından geriyə, M.Useynov küçəsindən keçməklə A.Quliyev küçəsi ilə Bakı-Salyan şosesindən Bayıl dairəsi istiqamətində gedəcək və geriyə - Bayraq Meydanına qayıdacaqlar.Yarışı izləmək istəyən 13 minədək tamaşaçının xüsusi avtobuslarla bir neçə məntəqədən daşınması və quraşdırılmış 3 tribunada yerləşdirilməsi nəzərdə tutulub. Həmin məntəqələr barədə əlavə məlumat veriləcək.Odur ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, ümumiyyətlə, əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, keçiriləcək bu möhtəşəm tədbirin mahiyyətini nəzərə alaraq, yarış keçiriləcək istiqamətlərdə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.Qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət nəzərdə tutulub.Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.APA
Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

15 Noyabr 2013, 13:51
15 Noyabr
2013
13:51
349
Xəbər lenti
-
14:42Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır
-
18:03Kəlbəcərin Qamışlı kəndi (FOTO/VİDEO)
-
17:46Azərbaycanda son sutkada koronavirusun statistikası
-
17:11Vətən müharibəsində iştirak edən “Rahat” supermarketlər şəbəkəsinin 50-dən çox əməkdaşı tərxis edildi
-
16:29Prezident SOCAR-ın Müşahidə Şurasına sədr və üzvləri təsdiqlədi (SİYAHI)
-
16:20Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzaladı
-
16:14İcra Hakimiyyəti müavin təyinatı xəbərini təkzib etdi (YENİLƏNİB)
-
15:34Prezident İsmayıl Hacıyevlə bağlı sərəncam imzaladı (FOTO)
-
15:11Vilayət Eyvazovdan yeni rəis təyinatı
-
14:42Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıldı (RƏSMİ)
-
14:24Cəbrayılın Aşağı Maralyan kəndi (VİDEO)
-
13:49İcra başçısı istefa verən bələdiyyə sədrini yeni vəzifəyə təyin etdi
-
13:25Vilayət Eyvazov idarə rəisini vəzifəsindən azad etdi
-
13:19Vüqar Səfərli məhkəməyə müraciət etdi
-
12:46Daha bir şəhidimiz dəfn edildi (FOTOLAR)
-
12:07AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi, yeni idarə və şöbə yaradıldı
-
12:00DİN sosial şəbəkə istifadəçilərinə müraciət etdi
-
11:54Bazar gününün havası açıqlandı
-
11:18Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? (RƏSMİ)
-
11:02Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
-
10:58Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
-
10:23“Keşikçidağ”da tarixi abidələr aşkarlandı (FOTOLAR)
-
18:34Son sutkada Azərbaycanda koronavirusun statistikası
-
17:47Risk qrupuna aid vətəndaşların vaksinasiyasının vaxtı açıqlandı
-
17:30İnfeksionist: “COVID-19 xəstələrinə elektron qolbaqların tətbiqi həkimlərin yükünü azaldacaq”
-
17:12Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
-
16:51Ramiz Mehdiyev akademiki işdən çıxardı
-
16:15XİN-dən Avropa Parlamentinin qətnaməsinə reaksiya
-
16:00Şəhidin vida mərasimində nənəsi ürəktutmadan öldü (FOTOLAR)
-
15:16Co Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürüldü
-
15:06Nazirdən Xudavəng monastırı ilə bağlı açıqlama
-
14:04Sabahın hava proqnozu
-
14:00Prezident yeni qurum yaratdı (FƏRMAN)
-
13:12Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanıldı
-
12:46Nazir dərslərin niyə həftədə 3 dəfə keçirilməsinə aydınlıq gətirdi
-
12:16Ali məktəblərin açılması barədə qərar veriləcək
-
12:12Təhsil naziri açıqladı: Şagirdlər həftədə neçə gün məktəbə gedəcək?
-
12:02Baş nazir qərar verdi: Təhsil müəssisələrində tədris bərpa olunur
-
11:57ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü
-
11:55Qanunda plyonka ilə bağlı dəyişiklik edilir - Bu halda qadağan ediləcək
-
11:18Şuşada yeni yarımstansiya tikilir (VİDEO)
23 Yanvar 2021
22 Yanvar 2021
Digər xəbərlər
-
İqtisadiyyat, Manşet
Prezident SOCAR-ın Müşahidə Şurasına sədr və üzvləri təsdiqlədi (SİYAHI)
-
İqtisadiyyat
Prezident SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman imzaladı
-
İqtisadiyyat
Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? (RƏSMİ)
-
İqtisadiyyat, Redaktor seçimləri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
-
İqtisadiyyat, Manşet, Qaynari.nfo
Prezident yeni qurum yaratdı (FƏRMAN)
-
İqtisadiyyat, Vİdeo
Şuşada yeni yarımstansiya tikilir (VİDEO)
-
İqtisadiyyat
Qarabağa marşrut xətləri açılır: İlk istiqamətlər müəyyən olundu
-
İqtisadiyyat, Vİdeo, Qaynari.nfo
Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılır (VİDEO)
-
İqtisadiyyat
Azərbaycan dekabrda minik avtomobillərinin istehsalını kəskin artırıb