Bakının mərkəzində 7 maşın toqquşub, yaralılar var - FOTO

Bakının mərkəzində 7 maşın toqquşub, yaralılar var - FOTO

 Bu gün axşam saatlarında Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektində, Qız qalasının qarşısında qeydə alınıb. Qəzaya avtomobillərdən birinin qarşıdakı hərəkət zolağına çıxması səbəb olub. Əks istiqamətdə hərəkət edən iki maşının toqquşmasından sonra daha 5 maşın bir-birinə dəyib.

 

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar müxtəlif xəsarətlərlə Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

APA

Tərəfdaşların xəbərləri

Xəbər lenti