Bakıya hər ay yeni avtobuslar gətiriləcək

Bakıya hər ay yeni avtobuslar gətiriləcək
Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.

Ann.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.

Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.


www.ann.az

Xəbər lenti