Bakının qəsəbələrindən mərkəzə ekspress marşrut xətləri təşkil ediləcək

Bakının qəsəbələrindən mərkəzə ekspress marşrut xətləri təşkil ediləcək
"Bakıda bəzi istiqamətlər üzrə müntəzəm marşrut xətləri ləğv edilsə, paytaxtın qəsəbələrindən mərkəzə ekspress marşrut xətləri təşkil ediləcək".

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha təklif verilib.

Xatırladaq ki, Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib. Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti