Bakının mərkəzində yol çökdü: səbəb açıqlandı (FOTO/VİDEO)

Bakının mərkəzində yol çökdü: səbəb açıqlandı (FOTO/VİDEO)
Paytaxtın Nəsimi rayonu ərzisində avtomobil yolu çöküb.

"Report"un məlumatına görə, hadisə gecə saatlarında C.Məmmədquluzadə küçəsinin Bakı metropoliteninin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.

Hadisədən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi ziyan dəyib.

Ərazidə olan sakinlər əlavə hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışını qadağan edən yol nişanları düzüblər. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, aidiyyəti qurumların nümayəndələri qəza yerinə cəlb olunub.

Məlum olub ki, çöküntünün dərinliyi təxminən 8 metrdir.

"Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir".

Bunu "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkə hesabında yazıb. O, hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirildiyini və fəsadların aradan qaldırılması istiqamətində addımlar atıldığını qeyd edib.
 













www.ann.az

Xəbər lenti